3d sinfində açıq dərs

   19.12.2018- ci il tarixində müəllim Rəhmanova Mahruxun 3d sinfində Ana dilindən "Qar dənəsi" mövzusunda  açıq dərs keçirildi. Açıq dərsdə məqsəd dinlədiyi mətnlə bağlı faktoloji sualları cavablandırmaq, sualları cavablandırmaqla mətni şüurlu oxuduğunu nümayiş etdirmək, bədii mətndəki elmi məlumatları mənimsətmək idi. Dərsin forması kiçik qruplardan ibarət idi. Dərs zamanı şagirdlər sual cavab apardılar. Qar dənəsinin necə yaranması haqqında məlumat verildi. Bu məlumatlara əsasən şagirdlər təbiətlə suyun dövranını öyrəntdilər. Mövzu həyat bilgisi, texnologiya, musiqi ilə inteqrasiya olundu. Dərsdə yağışın və qarın canlılar üçün əhəmiyyəti və planetlər haqqında araşdırmalar açıqlandı. Dərsin gedişi müasir tədris tələblərinə uyğun aparılırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi