Müalicəvi dərman bitkiləri

     Azərbyacanın təbiəti zəngin və rəngarəngdir. Dəniz sahillərindən tutmuş yüksək dağ zirvələrindəki buzlaqlaradək minlərlə bitki və heyvan növünə rast gəlmək mümkündür. Hər bir növün də özünəməxsus faydası və əhəmiyyəti vardır. Qədim zamanlardan insanlar bu bitkilərdən müxtəlif xəstəliklərin müalicəsində istifadə etmişlər. Lakin zaman keçdikcə elm və texnika inkişaf etdikcə, kimya elminin nailiyyətləri artdıqca onlardan istifadə nisbətən azalmışdır. Buna baxmayaraq müasir dövrümüzdə də öz aktuallığını və əhəmiyyətini itirməmişdir.

   24 dekabr  2018- ci il tarixində məktəbin biologiya müəllimi Məmmədova Könülün təşəbbüsü ilə şagirdlərlə birgə " Təbiətdən faydalanaq" mövzusunda təqdimat keçirilmişdir. Şagirdlər müxtəlif mövzularda plakatlar hazırlamış, dərman bitkilərindən ibarət sərgi təşkil etmişlər. Azərbaycan təbiəti haqqında ətraflı məlumat verilmiş, sənədli və bədii filmlərdən dərman bitkilərinə aid nümunələr göstərilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi