Aciq dərs

    05.12.2018 tarixində riyaziyyat müəllimi Mütəllimova Mətanətin 9a sinfində  “ Kvadratik funksiyanın tətbiqi ilə məsələ həlli” mövzusunda verdiyi açıq dərs.  Açıq dərsdə məqsəd kvadratik funksiyanın tətbiqi ilə məsələləri həll etmək bacarığını mənimsətmək idi. Dərsin forması kollektiv və fərdi işlərdən ibarət idi.  İş üsulu isə beyin həmləsi,  müzakirə,  müsahıbə oldu. Dərs zamanı şagirdlərlə sual – cavab aparıldı. Kvadratik fuksiya harada və necə tətbiq olunması haqqında məlumat verildi. Bu məlumatlara əsasən müəyyən məsələlər həll olundu.  Mövzu  həyat bilgisi, fizika, biologiyaya inteqrasiya olundu. Həmçini mövzuya aid olan parabolaya idman sahəsində, memarlıq sahəsində,  təbiət hadisələrinin təsiri ilə baş vermiş müəyyən görüntülərdə rast gəlindiyi qeyd olundu və slaydlar vasitəsilə göstərildi. Dərsin gedişi müasir tədris tələblərinə uyğun aparılırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi