Anım günü

"Mən xalqıma arxalanıram. Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" Bu sözləri Azərbaycan tarixinə görkəmli siyasi və dövlət xadimi, dünya azərbaycanlıların Ümummilli Lideri XX əsrdə yenidən müstəqillik qazanmış Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamış dövlət başçısı kimi tarixə düşmüş  dahi şəxsiyyət Heydər Əliyev söyləmişdir. 12 dekabr 2018- ci il tarixində məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Müəllimlər və şagirdlər tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında ətraflı məlumatlar vermişlər. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmlər və slyadlar göstərilmişdir. Azərbaycan tarixində əvəzolunmaz yer tutan görkəmli dövlət xadimi Heydər Əliyev şəxsiyyətinin dahiliyi təkcə onun siyasi xadim olmağı ilə bitmir. Heydər Əliyev siyasi xadim olmaqla yanaşı, həm də gözəl insan idi. Böyüklərə qarşı tələbkar olsa da, balacalara qarşı səmimi və mehriban idi.

                   Ucaltdı hər yerdə bayrağımızı

                   Yazdı, tarixlərə dastanımızı

                   Tanitdı dünyaya varlığımızı, 

                   Ulu bir sərkərdə, Ulu bir öndər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi