Narkomaniyaya yox deyək

   Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur,həyata siyasi proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranllı dövründə narkomanlıq artır,sosial munasibətlərə mənfi təsir göstərir. 18 oktyabr 2018- ci il tarixində Xəzər Rayon Polis İdarəsi ilə birgə "Narkomaniyaya yox deyək" mövzusunda geniş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Xəzər RPİ- nin polis polkovniki Azər Muradov, Xəzər RPİ- nin veteranlar şurasının sədri polis polkovniki İsmayıl Qasımov, Polis Akademiyasının polis leytenantı Ata Vəliyev, Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi Vəliyullah Vəli, 14 saylı BŞX- nın həkimi Validə Əliyeva, Xəzər RPİ- nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin təşkili bölməsinin əməkdaşları, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişdir. Məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda rəsm sərgisi təşkil olunmuşdur. Xəzər RPİ- nin əməkdaşları və məktəb rəhbərliyi tərəfindən rəsm sərgisində öz əl işləri ilə fərqlənən 6 şagirdimiz fəxri fərmanla təltif olunmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi