Bayramınız mübarək əziz müəllimlər

 5 Oktyabr həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin günüdür. 5 oktyabr 2018- ci il tarixində məktəbimizdə "Müəllimlər Günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi müəllimləri təbrik edərək onlara uzun ömür, can sağlığı, işlərində uğurlar arzulamışdır. Şagirdlər müəllimlərə həsr olunmuş şeirlər söyləmiş, mahnılar ifa etmiş, öz ürək sözlərini dilə gətirmişlər. Çalışmanın yaş həddinə görə işdən azad edilən müəllimlər, Məmmədova Xanım və Həsənova Gülnarə Təhsil İşçilərinin Rayon Həmkarlar Komitəsi tərəfindən səmərəli fəaliyyətlərinə görə təltif edilmişlər.  Ümummilli lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək bildirir: " Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi