Şagirdlərimiz " ADEX- 2018" sərgisində

  25 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 3- cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX- 2018" sərgisi öz işinə başlamışdır. Sərgi regionda silah və hərbi texnikanın, eləcə də Azərbaycan müdafiə sənayesi kompleksinin güc və qüdrətinin ən böyük ekspozisiyası statusuna malik olan genişmiqyaslı tədbirdir. Sərgidə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Artıq ənənəvi xarakter almış "ADEX" sərgisi beynəlxalq hərbi- texniki əməkdaşlığın inkişafı, ən müasir silah və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm tədbirə çevrilmişdir". 27 sentyabr 2018- ci il tarixində məktəbimizin müəllimləri və bir qrup şagirdləri həmin sərgidə iştirak etmişlər. Şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsində, onlarda hərbi sirlərə yiyələnməkdə belə sərgilərdə iştirak etmək mühüm rol oynayır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi