İlk zəng

 15 sentyabr Respublikamızın bütün ümumtəhsil məktəblərində " Bilik Günü" qeyd edilir. Bizim doğma 322 nömrəli tam orta məktəbdə də bütün müəllim və şagirdlər səbrsizliklə bu günü gözləyirdilər. Məktəbimizdə 15 sentyabr geniş tədbir keçirilmişdir. Tədbirdə məktəbimizin şagirdləri, müəllimləri, valideynlər və qonaqlar iştirak etmişlər. Tədbirdə ən çox sevinən məhz birinci sinfə yeni gələn şagirdlər idi. Məktəbimizdə hal- hazırda on bir birinci sinif komplekləşmişdir. Çıxış edən məktəb rəhbərləri uğurlarımız haqqında ətraflı məlumat vermişlər. 2017/ 2018- ci tədris ilində məktəbin 11- ci sinfini 71 şagird bitirib, bunlardan 41- i tələbə adını qazanıb. 3 nəfər şagirdimiz isə 600 - dən yuxarı bal toplamışdır. Valideynlər bu çətin və şərəfli yolda müəllimlərimizə uğurlar arzulamışlar. Tədbirin sonunda ahəngindən sevinc duyulan əvəzolunmaz bir səs, insanın ömrü boyu qulaqlarında cingildəyən bir səs "ilk zəng" çalınmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi