Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və Müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır

   22 may 2018- ci il tarixində məktəbimizdə "Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və Müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır" mövzusunda dəyirmi masa keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi müəllimlər və şagirdlər tərəfindən ətraflı analiz edilmiş, dövrü hadisələri əks etdirən video filmlər göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi- psixoloji həyatında, o cümlədən o dövrün ədəbi- bədii fikir nümunələrində silinməz izlər buraxmışdır. 1991- ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda Dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi