Üç zirvənin fatehi

  Məktəbimizdə görkəmli nasir, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş ədəbi- bədii gecə keçirilmişdir. Böyük sənəkar Mir Cəlal Paşayev gərgin, yaradıcılıq fəaliyyəti dövründə özünün dediyi kimi, "Kağız korlanmamış", istedadlı sənətkar kimi ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Onun əsərlərində qaranlıq keçmişin mənzərələri ağlayırsa,  bugünkü həyat tabloları günəşin zərli saçaqları altında sanki qəhqəhə ilə gülürdü. Şagirdlərimizin və müəllimlərimizin çıxışlarında Mir Cəlal Paşayevin istər ədəbi yaradıcılığı, istərsə də elmi yaradıcılığı tam şəkildə müzakirə edilmişdir. Onun dəyərli əsərlərindən maraqlı səhnə nümunələri yaradılmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi