Unudulmaz lider

 Məktəbimizdə 03 may 2018- ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda müəllimlər və şagirdlər iştirak etmişlər. Konfransda Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti, Azərbaycan təhsilindəki rolu mövzuları mükazirə edilmişdir. Müəllimlərin və şagirdlərin çıxışlarında Ümummilli lider Heydər Əliyevin Azərbaycan həyatında gördüyü işlərin, böyük uzaqgörənliklə atılan addımların bu gün də, sabah da uğurlu nəticələrini diqqətə çatdırmışlar. Ümummilli lider Heydər Əliyev demişdir: "Təhsil çox həssas sahədir. Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara yer ola bilməz. Çalışmaq lazımdır ki, islahat islahatlar naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdirmaq məqsədi daşısın". 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi