Şagirdlərimiz Qobustan qoruğunda

  Məktəbimizin 3- cü sağlam təhsil sinfinin şagirdləri 21 aprel 2018- ci il tarixində "Qobustan Milli Tarix- Bədii Qoruğu" nda interaktiv turda olub. Şagirdlər ekskursiya zamanı muzeyin binasında qayaüstü incəsənət və Qobustan abidələri haqqında məlumat alaraq, arxeoloji ekspanatlarla tanışlıqdan, sonra "Böyüktaş dağı" nın yuxarı səkisində "Ana zağa", " Öküzlər ", "Ovçular" mağaralarında baxış keçirdikdən, sonra "Qavaldaşda" mahnı ifa ediblər. İnteraktiv tur bölməsində şagirdlər bələdçinin və müəllimin nəzarəti altında Qobustandan aşkar olunmuş alətlərin köməyi ilə xüsusi daşlar üzərində petroqriflər çəkərək, Neolit dövrü evi və məişəti ilə tanış olublar. Dulus çarxınd Qobustan gilindən istifadə etməklə saxsı qablar düzəltdikdən sonra, şagirdlər orta əsr zərbxanasında Qobustan simvolları əks olunmuş sikkələr zərb ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi