“ Mən tolerantlığı necə başa düşürəm. ”

24 dekabr 2015 – ci il tarixdə Bakı şəhəri Xəzər rayonu 322 nömrəli tam orta məktəbdə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “ Mən tolerantlığı necə başa düşürəm ” mövzusunda seminar keçirilmişdir. Məktəbin müəllimləri Azərbaycana irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizm kimi halların yad olduğunu bildirmişlər. Azərbaycan dünya ölkələrinə tolerantlığına görə həmişə bir nümunə sayılır. Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “ Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. ”
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi