31 Mart soyqırımı

  1918- ci il 31 mart tarixində azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmalarının 100 ili tamam olur. Məktəbimizdə soyqırımın 100- cü ildönümünün keçirilməsi barədə tədbirlər planı hazırlanmış və silsilə tədbirlər keçirilmişdir. Soyqırımın 100- cü ildönümünə həsr olunmuş əl işlərindən və kitablardan ibarət sərgilər təşkil edilmiş, sənədli və bədii filmlər nümayiş etdirilmiş," Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır" mövzusunda esse və inşa yazı müsabiqəsi, dəyirmi masa, bədii qiraət gecəsi keçirilmişdir. Şagirdlərə soyqırım haqqında ətraflı məlumat verilmişdir. 1918- ci ilin mart- aprel aylarında Azərbaycanın bütün hər yerində: Bakıda, Şamaxıda, Qubada, İrəvanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda azərbaycanlılara qarşı kütləvi qırğın törədilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi