Təşəkkür məktubu

  2012/2013- cü tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarından yüksək bal toplamış aşağıda adları qeyd edilən məzunlarınız Azərbaycanın nüfuzlu ali  təhsil müəssisələrindən olan Bakı Ali Neft Məktəbini seçmişdir. 1.Əliyev Fariz Rauf oğlu ( 635 bal- Kimya mühəndisliyi)  2. Kərimova Aygül Elbrus qızı (618 bal - Kimya mühəndisliyi) 

  5 il müddətində təhsilini uğurla davam etdirən məzunlarınız 2016/2017- ci tədris ilində bizim Ali Məktəbimizdən də məzun olmuşdur. Hal- hazırda aşağıda qeyd olunmuş şirkətlərdə çalışırlar. 1. Əliyev Fariz Rauf oğlu- SOCAR- ın Azərkimya İstehsalat Birliyində mühəndis texnoloq vəzifəsində çalışır. 2. Kərimova Aygül Elbrus qızı- "SOCAR Turkey Energy A.Ş" şirkətinin Star Neft emalı zavodunda əməliyyat mühəndisi vəzifəsində çalışır. Bu uğur birlikdə fəaliyyətimizin nəticəsidir. Ümid edirik ki, məzunlarımız ölkəmizin gələcək inkişafına dəyərli töhfələr verəcəkdir. 

          Bakı Ali Neft Məktəbi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi