Mən Azərbaycanlıyam

Məktəbimizdə 28 dekabr 2017- ci il tarixində "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş ədəbi- bədii tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər. Şagirdlərimizin hazırladıqları tədbir hamının diqqətini çəkmişdir. Tədbirimiz ulu öndər Heydər Əliyevin Həmrəylik günü haqqında söylədiyi dəyərli fikirlərlə başlamışdır. 

  - Müasir Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adətlərini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni var. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi