Kitab müzakirəsi

Məktəbimizdə şagirdlərdə mütaliə vərdişləri yaratmaq, onların bədii ədəbiyyata marağını artırmaq məqsədilə məktəb kitabxanasında mütəmadi işlər aparılır. Şagird bədii kitab oxuduqca daha çox məlumatlı olur, söz ehtiyatı artır, dünyagörüşü formalaşır, yeni biliklər əldə edir. Kitablardan əldə etdiyi bilgilər bütün həyatı boyu insana lazım olur. 06. dekabr 2017- ci il tarixində məktəbin kitabxanasında şagirdlərin mütailəsinə kömək məqsədilə Antuan De Sent- Ekzüperinin "Balaca Şəhzadə" əsəri müzakirə edilmişdir. Müzakirədə müəllimlər və şagirdlər iştirak etmişdir. Şagirdlər tərəfindən əsər haqqında geniş müzakirə edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi