Məktəbimizdə "Sağlam Təhsil" layihəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013- cü il tarixli sərəncamı ilə "Azərbaycan Respubliksında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq olunmuşdur.Təhsil Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifələrin icrası məqsədi ilə təhsil sahəsində qabaqcıl dünya təcrübələri öyrənilir və yeni layihələr həyata keçirilir. Belə layihələrdən biri də "Sağlam Təhsil- Sağlam Millət" layihəsidir. Bakı şəhəri Xəzər rayonu 322 nömrəli tam orta məktəbdə I, II və III siniflərdə "Sağlam Təhsil" layihəsi həyata keçirilir. Məktəb illərində uşaqların sağlamlığına mənfi təsir göstərən oturaq həyat tərzindən uzaqlaşmaq üçün "Sağlam Təhsil" layihəsi sağlam Azərbaycan vətəndaşının formalaşmasına şərait yaradır.Valideynlərimiz arasında "Sağlam Təhsil" siniflərinə maraq çox böyükdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi