31 Mart Soyqırımı

Məktəbimizdə 31 mart 2017- ci il tarixdə "31 Mart Soyqırımı"na həsr olunmuş dəyirmi masa keçirilmiş, soyqırıma aid foto-stend hazırlanmışdır. Mart soyqırımı və ya Mart hadisələri- 1918- ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı kütləvi qırğın törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsibdə 12 minə yaxın azərbaycanlı qətlə yetirmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998- ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi