Milli Bayramımız Novruz

Məktəbimizdə istər milli bayramlarımız, istərsə də beynəlxalq bayramlar təntənəli keçirilir.

Məktəbin müəllimləri Günay Zeynalova və Gözəl İsmayılovanın təşkilatçılığı ilə “ Milli bayramımız – Novruz ” adlı ədəbi – bədii tədbir keçiriblər.

Məktəbin akt zalında Novruz adət - ənənələrini əks etdirən əl işlərindən ibarət sərgi təşkil olunub.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Müəllimlər və şagirdlər Novruz bayramı haqqında ətraflı məlumat veriblər. Şagirdlərin hazırladıqları musiqi və rəqs nümunələri nümayiş etdirilib.

Tədbirə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov Novruz bayramının tarixi haqqında məlumat verib, bütün kollektivi Novruz bayramı münasibəti ilə təbrik edib, tədbirin təşkilatçılarına və şagirdlərə minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi