Olimpiada qaliblərimiz

 Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinın 9 - 10 sinifləri arasında “ III Bakı Elm Olimpiadası ” başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında 9 mart tarixində III Bakı Elm Olimpiadasının  I mərhələsi  keçirilib.

Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II final mərhələsinə vəsiqə qazanmışdır.

Məktəbimizin X sinif şagirdlərindən təşkil olunan komandanın üzvləri Verdiyeva Leyla, Ovçiyeva Sehri, Sabiri Aydanın iştirak etdiyi komanda heyəti qalib komandalardandır.

Məktəbin direktoru Taleh müəllim Şahbazov qalibləri qələbə münasibətilə təbrik edərək “ Fəxri fərman “la təltif edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi