İmtahan həyəcanı və onun aradan qaldırılması

İmtahan həyacanı heç kimə yad deyil. İmtahan nə qədər əhəmiyyətlidirsə, həyacan bir o qədər çoxdur.

Şagirdlərdə imtahan öncəsi həyəcanın aradan qaldırılması məqsədi ilə məktəbin psixoloqu Rəna Əliyeva IX siniflərlə " İmtahan həyəcanı və onun aradan qaldırılması " mövzusunda seminar keçirib.

Seminarda mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, imtahana qədər olan vaxtda özünə inam hissini və enerjini itirməmək üçün əvvəlcə sakitləşmək, imtahanın uğurlu keçəcəyinə özünü yönəltmək çox vacibdir. İmtahan verən kəs çox həyacanlanarsa bu ona biliyini toplamağa, diqqətini mərkəzləşdirməyə mane olur. Bundan başqa şagird  bilməlidir ki, bununla hər şey bitmir. Hələ qarşıda onları daha çox imtahanlar gözləyir. Həddən artıq streslə yüklənmək müsbət nəticə əldə etməyə maneədir. Sağlamlığınıza da fikir verməlisiniz. Hər zaman pozitiv düşünməyə çalışın, özünüzə inanın, bacaracağınıza əmin olun.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Şagirdlərimizə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi