Yaşıl dünya – sağlam həyat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2024 – cü il “ Yaşıl dünya naminə həmrəylik ili ” elan edilməsi ilə bağlı məktəbimizdə silsilə tədbirlər keçirdilir.

Məktəbin biologiya müəllimi Könül Məmmədovanın təşkilatçılığı ilə 7 – ci sinif şagirdləri ilə “ Yaşıl dünya – sağlam həyat ” mövzusunda tədbir keçirdilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Şagirdlərin hazırladıqları çıxışlar, səhnəciklər, bukletlər iştirakçıların diqqətini çəkmişdir.

Tədbirə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov tədbirin müasir dövr üçün aktuallığından danışıb, fənn müəllimlərinə və şagirdlərə minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi