Qala Dövlət Tarix – Etnoqrafiya Qoruğunda Novruz Şənliyi

Hər bir xalqın özünəməxsus milli bayramları vardır.

Novruz bayramı Azərbaycan xalqının milli bayramıdır.

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “ Qala Dövlət Tarix – Etnoqrafiya Qoruğu ”nda Novruz Şənliyi təşkil edilib.

Məktəbin direktoru Taleh müəllim Şahbazovun rəhbərliyi ilə məktəbin müəllim və şagirdlərinin bir qrupu Novruz Şənliyində iştirak ediblər. Məktəbimiz Novruz atributları, əl işləri və rəsm nümunələrindən ibarət sərgi təşkil edib. Şagirdlərin hazırladıqları musiqi və rəqs kompozisiyaları nümayiş etdirilib.

Məktəbimizin sərgisi və kompozisiyaları Xəzər rayon rəhbərliyi və ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi