Breyn Rinq

Məktəbimizdə “ Təsviri incəsənət, texnologiya və musiqi fənn aylığı ” çərçivəsində işlər sistemli aparılır.

Şagirdlərin qazandıqları biliklərin möhkəmləndirilməsi, yeni biliklərin qazanılması üçün Breyn rinqlərin keçirilməsi əhəmiyyətlidir.

Müəllimlər Aygün Məmmədova, İlahə Gülmalıyeva və Elnarə Ağazadə - Mustafayevanın təşkilatçılığı ilə 7 – ci siniflər arasında təsviri incəsənət, texnologiya və musiqi fənnindən Breyn rinq keçirilib.

Breyn rinqdə 7 – ci siniflər üzrə 12 komanda iştirak edib.

Yarışmanı məktəbin direktor müavinləri və fənn müəllimlərindən təşkil edilən münsiflər heyəti izləyib.

Yekun nəticəyə əsasən 7Ç sinfi 1- ci yerə, 7E sinfi 2- ci yerə, 7B sinfi 3 – cü yerə layiq görülüb.

Məktəbin direktor müavinləri tərəfindən qaliblər mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi