Açıq dərs

15.01.2017- ci il tarixdə məktəbin 8 b sinfində müəllim Məmmədova Qənirənin hazırladığı açıq dərs keçirilmişdir. Açıq dərsin mövzusu " Bəylərbəylikdən xanlığa " olmuşdur. XVI- XVIII əsrlərdə mövcud olan Səfəvilər dövlətində ərazi inzibati cəhətdən bələrbəyliklərə bölünmüşdür. XVIII əsrin ortalarında Nadir şahın ölümündən sonra Azərbaycanda feodal pərakəndəliyi , siyasi hərc mərclik dövrü başlandı. Vahid mərkəzləşmiş dövlət yaratmaq mümkün olmadı. Azərbaycan müstəqil və yarımmüstəqil xanlıqlara, sultanlıqlara və məlikliklərə parçalandı. Bu xanlıqlardan biri də vaxtilə Səfəvi dövlətində mövcud olmuş Qarabağ bəylərbəyliyinin ərazisində 1848- ci ildə Pənahəli xan tərəfindən yaradılmış Qarabağ xanlığı idi. Şagirdlər dərs zamanı çox fəallıq göstərmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi