Maliyyə savadlılığı

13 yanvar 2017-cı il tarixində "Maliyyə Savadlılığı" layihəsi çərçivəsində Bakı şəhəri Xəzər rayonu 322 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdləri üçün ( 62 nəfər-2 sinifdə ) milli pul nişanlarına həsr olunmuş açıq dərs keçirilmişdir. Bu tədbirin keçirilməsində məqsəd şagirdlərə maliyyə bilik və bacarıqlarının dərindən aşılanması olmuşdur. Bu məqsədlə ibtidai sinif şagirdləri üçün milli pul nişanlarına dair təqdimatlar keçirilmiş, onlara pul nişanlarının yaranma tarixi, sikkə və əsginasların üzərində əks olunmuş qrafik təsvirlər, milli atribut olaraq hər bir əsginasın özündə ehtiva etdiyi mesajlara dair edutainment prinsipi əsasında məlumat verilmişdir. Tədbirin reallaşdırılmasında Mərkəzi Bankın Resurslar və Maarifləndirmə Xidmətinin əməkdaşları Anar Babazadə və Aydan Əliyeva, həmçinin " Maliyyə Savadlılığı" layihəsi üzrə Mərkəzi Bankın əsas tərəfdaşlarından olan Almaniya Əmanət Kassalarının Beynəlxalq Əməkdaşlıq fondunun əməkdaşı Xuraman Hüseynzadə iştirak etmişdir. Tədbirin sonunda şagirdlərə hədiyyələr paylanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi