Seçim qarşısında

Bakı şəhər Xəzər rayonu 322 nömrəli tam orta məktəbdə 2017-2018-ci tədris ilində tam orta təhsil səviyyəsinin təmayülləşməsi , yeni sistemin tətbiq olunacağı və zonalar üzrə təmayül məktəblərin yaradılacağı ilə əlaqədar olaraq 9-cu sinif şagirdləri ilə görüş keçirilmişdir. İclasda 9-cu sinif şagirdləri , müəllimlər və məktəb rəhbərliyi iştirak etmişdir. Şagirdlərin nəzərinə çatdırılmışdır ki,"Texniki-riyaziyyat", "İqtisadiyyat-riyaziyyat", "Humanitar" və "Təbiət" təmayüllü siniflərdə hansı fənlərin tədris ediləcək və bu təmayüllü siniflərdə olan əsas fənlərdən şagirdlərin "4" və "5" qiymət almaları vacibdir. Şagirdlərə seçimlərində sərbəst olmaları, peşə-ixtisas, orta ixtisas məktəblərini də seçmək hüquqları olduğu bildirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi