Şəhidlər ölməz Vətən bölünməz

Vətən müharibəsi şəhidi Əkbərov Əmrah Şahid oğlu.

Şəhid Əkbərov Əmrah Şahid oğlu 21 fevral 1998 – ci ildə Lerik rayonu Livədirqə kəndində anadan olmuş, 2013 – cü ildə Bakı şəhəri 322 nömrəli tam orta məktəbin 9 – cu sinfini bitirib C.Naxçıvancki adına Hərbi liseyə daxil olmuşdur.

Əkbərov Əmrah 2016 – cı ildə Hərbi liseyi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2020 – ci ildə Hərbi Məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi ilə baş kəşfiyyatçı kimi xidmətə başlamışdır. Vətən müharibəsi zamanı Cəbrayılın və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Əmrah Əkbərov oktyabrın 12 – də Hadrut döyüşləri zamanı şəhid olmuşdur. Vətən müharibəsinin şəhidi bir neçə medalla yanaşı “ Azərbaycan bayrağı ” ordeni ilə də təltif olunmuşdur.

Bu gün keçirilən tədbirdə məktəbimizin müəllim və şagirdləri Şəhid Əmrah Əkbərovu birdəqiqəlik sükutla yad ediblər. Məktəbin direktoru Taleh Şahbazov Şəhidin keçdiyi şərəfli həyat yolu haqqında ətraflı məlumat verib.

Məktəbin I sinif müəllimi Şərqiyyə Məmmədova şagirdləri ilə Şəhid Əkbərov Əmraha həsr etdiyi tədbirdə məktəb rəhbərləri, Şəhid Vüsal İsmayılovun anası Lalə müəllim, müəllimlər, valideynlər iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi