QAZİLƏRLƏ GÖRÜŞ

Qədim tarixə malik doğma Azərbaycanımız zaman – zaman düşmən hücumları ilə qarşılaşmışdır.

Mənfur qonşularımız olan ermənilər hər fürsətdə torpaqlarımızı özününküləşdirməyə çalışmış və I Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarının 20% - ni işğal etmişdi.

Ali Baş Komandan İlham Əliyevin düzgün, sistemli siyasəti nəticəsində güclənən Azərbaycan ordusu 2020 – ci ildə 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızı işğaldan azad etdi.

Məktəbimizdə 7 oktyabr I və II Qarabağ müharibələrinin qaziləri ilə görüş keçirilmişdir. Görüşün təşkilatçısı məktəbin Hərbi rəhbəri V.Talıbov olmuşdur. Görüşdə məktəb rəhbərliyi, şəhid anası Lalə müəllim, şəhid bacısı Nuridə müəllim, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Valeh Aslanov, sədr müavini Əvəz Əsgərov, qazilər, müəllimlər və şagirdlər iştirak etmişlər.

Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləmiş, Lalə müəllim və Nuridə müəllim tədbirdə çıxış etmişlər.

Xəzər rayonu Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Valeh Aslanov  məktəbin direktoru Taleh Şahbazovu və bir qrup müəllimi " Fəxri fərman "la , Hərbi rəhbər Vüsal Talıbovu isə medalla təltif etdi.

Tədbirə yekun vuran məktəbin direktoru Taleh Şahbazov “ Mübarizlər ” komandasının üzvlərini “ Fəxri fərman ”la təltif etdi, hər bir şəhidə Allahdan rəhmət dilədi, qazilərimizə can sağlığı arzuladı.

Dəmir yumruq kimi birləşən xalqımızın həmişə qələbə qazanacağını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi