MƏKTƏBƏHAZIRLIQ QRUPLARI FƏALİYYƏTDƏ

Artıq neçə illərdir dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkilinə başlanmışdır.

Hazırlıq qruplarında iştirak edən hər bir şagird məktəbəhazırlıq dövründə intellektual, fiziki və psixoloji inkişafında, məktəbə hazırlanmasında əhəmiyyətli irəliləyiş əldə edir.

2022 – 2023 –cü tədris ilində məktəbimizdə hazırlıq qruplarına 140 şagird qəbul edilmişdir. Həmin şagirdlər altı məktəbəhazırlıq qrupunda komplektləşdirilmişdir.

03.10.2022 – ci il tarixində məktəbəhazırlıq qrupunda dərs məşğələləri başlamışdır.

Məktəbəhazırlıq qruplarının hər biri əyani vəsait papkaları ilə təchiz olunmuşdur.

Məktəbin direktoru Taleh Şahbazov direktor müavinləri ilə birlikdə hər bir məktəbəhazırlıq qrupunda olmuş, hər bir şagirdi və valideyni fərdi şəkildə dinləmiş, sinif müəllimlərinə tövsiyələrini vermişdir.

Çiçəklənən Azərbaycanımızın körpə fidanları bu gün dövlət hesabına tam təminatla öz gələcəklərini qurmaq üçün ilk addımlarını atırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi