BAYRAMINIZ MÜBARƏK, ƏZİZ MÜƏLLİMLƏR.

İnsan həyatında əsas rolu olan insanlardan biri də məhz müəllimlərdir. Müəllim öz şagirdləri yolunda şam kimi əriyər, günəş kimi işıq saçar. Onların elmli, vətənpərvər olması üçün bütün gücünü sərf edərək şərəfli yol keçər.

Məktəbimizdə 5 Oktyabr Beynəlxaq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Məktəbin direktoru Taleh Şahbazov hər bir pedaqoji işçini Müəllimlər Günü münasibətilə təbrik etdi. Onlara gələcək həyatlarında və işlərində uğurlar arzuladı.

Məktəb Həmkarlar Təşkilatının sədri Aybəniz Həsənova da müəllimləri təbrik edərək Həmkarlar Təşkilatı tərəfindən Şəhid anası Lalə müəllimə, Şəhid yaxınları Xəyalə müəllimə, Nuridə müəllimə və bir neçə digər müəllimlərə ayrılan hədiyyələri və fəxri fərmanları təqdim etdi.

Tədbirdə məktəb rəhbərləri və müəllimlər çıxış edərək bu gün müstəqil, torpaqları işğaldan azad olmuş Azərbaycanın müəllimi olmaqdan şərəf duyduqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi