ALBALILIQ QƏSƏBƏ SAKİNLƏRİ İLƏ GÖRÜŞ

Məktəbimizdə 29 sentyabr 2022 – ci il tarixində Xəzər Rayonu İcra Hakimiyyətinin başçısı Elşən Salahov Albalılıq sakinləri və məktəbin kollektivi ilə görüş keçirmişdir. Görüşdə sakinlərlə yanaşı Xəzər Rayonu İcra Hakimiyyətinin işçiləri və rayonun idarə - müəssisə rəhbərləri iştirak edirdilər.

İcra Hakimiyyətinin başçısı Elşən Salahov məktəbin direktoru Taleh Şahbazovla birlikdə məktəbdə yaradılan bulaq kompleksi və şəhidlər guşəsi ilə tanış olmuş və şəhid analarını dinləmişdir.

Ümumi görüş zamanı hər bir qəsəbə sakinin söylədiyi problem diqqətlə dinlənildi və lazımı tapşırıqlar verildi.

Həmçinin 2022 – ci il ərzində qəsəbədə görülən işlər və gələcəkdə də hansı işlərin yerinə yetiriləcəyi haqqında sakinlərə məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi