MƏKTƏBDƏ GÖRÜŞ

13 saylı Xəzər – Pirallahı seçki dairəsindən seçilmiş Milli Məclisin deputatı Rauf Əliyev 28 sentyabr 2022 - ci il tarixində Bakı Şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində 322 nömrəli tam orta məktəbdə olmuşdur.

Deputat Rauf Əliyev  məktəb rəhbərliyi, müəllimlər və şagirdlərlə görüşmüşdür.

Görüş zamanı məktəbin nəticələri və  məktəbin ümumi vəziyyəti barədə məktəb direktoru Taleh Şahbazovla fikir mübadiləsi aparmışdır.

Deputat Rauf Əliyev məktəbin idman zalı, bufeti və kitabxanasında olmuş, şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllimlə görüşmüş, həmçinin dərs məşğələlərində olaraq müəllimləri və şagirdləri maraqlandıran sualları cavablandırmışdır.

Sonda deputat R.Əliyev tədris ilində də bütün kollektivə uğurlar arzulamış, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən hər bir müəllimə minnətdarlığını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi