27 SENTYABR ANIM GÜNÜ

Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Ermənistan Respublikasının ölkəmizə qarşı 2020 – ci il sentyabrın 27 – dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Vətən müharibəsinə başladı.

Bütün xalqımız bir yumruq halında birləşərək bu haqlı olduğumuz müharibədə möhtəşəm qələbəyə nail oldu.

Vətən müharibəsində məktəbimizin iki məzunu İsmayılzadə Vüsal və Əkbərov Əmrah şəhid olmuşdur. Onların əbədi xatirəsi həmişə qəlbimizdə yaşayır.

Qazi məzunlarımızla tez – tez görüşlər keçirilir, onların keçdikləri döyüş yolu haqqında xatirələri dinlənilir.

27 Sentyabr  Anım Günü ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçirilir.

Anım Gününə həsr olunmuş tədbirlər Azərbaycan  Respublikasının Dövlət Himni ilə başlamış, Müqəddəs Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Məktəbin direktoru Taleh Şahbazov çıxışında atəşkəs dövründə Azərbaycanın uğurlu inkişafı, aparılan düzgün siyasət məhz qələbəni təmin etdiyini qeyd etdi.

Məktəb rəhbərliyi, bir qrup müəllim və şagird Buzovna qəsəbəsində yerləşən “ Şəhidlər xiyabanı “nı ziyarət etmiş, ədəbi – bədii kompozisiyalar nümayiş etdirmişlər.

Hər bir şəhidimizi ehtiramla anır və şəhid anaları qarşısında baş əyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi