ŞƏHİD XƏYYAM ƏLİYEVİN ABİDƏ KOMPLEKSİNİN AÇILIŞI

Şəhid Əliyev Xəyyam Əlixan oğlu 17 dekabr 1990 – cı ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olmuşdur. O, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqaronov adına 154 nömrəli orta məktəbi bitirərək Milli Aviasiya Akademiyasına qəbul olmuş və Akademiyanın Mexanik Mühəndis ixtisasına yiyələnmişdir.

Şəhid Xəyyam Əliyev Vətən müharibəsi dövründə verilən bütün tapşırıqları layiqincə yerinə yetirmişdir.

Kapitan Xəyyam Əliyev 30 noyabr 2021 – ci ildə Hərbi təlim zamanı baş vermiş helikopter qəzasında şəhid olur.

Dövlətimiz və xalqımız həmişə şəhid ailələri və qazilərinin yanındadır. İstər şəhidlərimizin adlarının əbədiləşdirilməsi, istərsə də qazilərimizin tam sağlamlıqlarının bərpa olunması Azərbaycan Respublikasının Prezidentinin həmişə diqqətindədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Əliyev Xəyyam Əlixan oğlu (ölümündən sonra) 3 – cü dərəcəli “ Vətənə xidmətə görə ” ordeni ilə təltif olunmuşdur.  20 sentyabr tarixində Suraxanı rayonu Əmircan qəsəbəsində şəhid Əliyev Xəyyamın Abidə kompleksinin açılışı olub.

Açılış mərasimində rayon nümayəndələri, şəhidin iş yoldaşları, qəsəbə sakinləri iştirak edirdilər. Abidə kompleksinin açılış mərasimində Bakı şəhəri 322 nömrəli tam orta məktəbin direktoru Taleh Şahbazov, müəllimlər, Əliyeva Xəyalə  (şəhidin həyat yoldaşı) , Ə.Hüseyin, V.Adil, H.Aybəniz, M.Samirə, H.Sevda iştirak etmişlər.

Məktəbimizin kollektivi bütün şəhid ailələrinin və qazilərin yanında olur, onlara hər cür qayğı göstərməyə çalışırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi