Məktəbimizdə " Yay məktəbi "

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 2 ildir Respublika məktəblərində " Yay məktəbi " fəaliyyət göstərir. Məktəbimizdə " Yay məktəbi "nə I - VIII siniflər üzrə valideynlərin ərizələrinə əsasən 147 şagird cəlb olunmuşdur. Şagirdlər və onların valideynləri " Yay məktəbi " layihəsini rəğbətlə qarşılayıblar. Tədris dövrü tam təlimata uyğun şəkildə aparılır. Şagirdlər məşğələlərə çox həvəslə yanaşır və 100% davamiyyətlə gəlirlər. Müəllimlərimiz təlimlə yanaşı intellektual və əyləncəli oyunlar quraraq şagirdlərin həm də istirahətinə şərait yaradırlar.

Məktəb rəhbərliyi " Yay məktəbi "nə cəlb olunmuş siniflərdə olur, onların proqramları ilə tanış olur, müəyyən istiqamətlər verir, dərs məşğələlərində və əyləncəli məşğələlərdə iştirak edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi