PEDAQOJİ ŞURANIN İCLASI

 

-21.06.2022-ci il tarixdə pedaqoji şuranın 11-ci iclası keçirilmişdir.

-İlin yekunu olaraq məktəbimizin direktoru R.Qasımov pedaqoji işçiləri salamlayaraq, pedaqoji şuranın iclasını açıq elan etmişdir. Pedaqoji şurada ilin yekunu olaraq müzakirə olunan məsələləri pedaqoji kollektivin nəzərinə çatdırmışdır.

-ilk öncə direktor müavinlərinin, sonra isə metodbirləşmə sədrlərinin hesabatları dinlənilmişdir. İlin yekunu olaraq görülən işlər, əldə olunan nailiyyətlər və nəticələr fənn metodbirləşmələri tərəfindən pedaqoji heyətin nəzərinə çatdırılmışdır.

-sonda məktəbimizin direktoru R.Qasımov çalışdığı  9 ay müddətində məktəbdə görülən işlər və qazanılan uğurlu nəticələrdən danışmışdır.

-Təhsil tədris prosesinin 9 ay müddətində bütün təhsil pillələri üzrə görülən işlər xüsusilə keçirilən monitorinqlər, sınaq qiymətləndirmələri, oxuyub - qavrama bacarıqları, imla, inşa, ifadə yazı işləri, məntiq və fənn olimpiadalarının müxtəlif siniflərdə keçirilməsi, 7 fənn üzrə fənnin tədrisi vəziyyətinin yoxlanılması,  Kimya, Biologiya, Fizika, Texnologiya, təbiət fənləri üzrə təcrübə dərslərinin keçirilməsi məktəbin fəaliyyət istiqamətləri olaraq həyata keçirilmişdir.

-9-cu siniflər üzrə buraxılış imtahanlarının  qənaətbəxş olması, 11 - ci siniflər üzrə buraxılış imtahanlarında 204 - 280 arası 12 şagirdin bal yığması, hal -hazırda I ixtisas qrupu üzrə 630,  III ixtisas qrupu üzrə 620 və 5 şagirdin 500 və 550 - dən artıq bal yığması məktəbin nailiyyətləri olaraq vurğulanmışdır.

-Bir şagirdin Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə Respublika Final mərhələsinə çıxması və 3 şagirdimizin Elm olimpiadasındakı iştirakı, V siniflər üzrə Məntiq olimpiadasında 5 şagirdimizin, VI siniflər üzrə Riyaziyyat fənn olimpiadasında 6 şagirdimizin, VII siniflər üzrə Fizika fənn olimpiadasında 3 şagirdimizin Respublika Final mərhələsinə çıxması və müxtəlif Beynəlxalq bilik yarışmalarında məktəbimizin müxtəlif sinif şagirdlərinin uğur qazanmalarını xüsusi vurğulamışdır.

Məktəbimizin direktoru R.Qasımov bildirmişdir ki, bütün bu qazanılan nəticələrdə BŞTİ-nin də xüsusi payı vardır. Çünki, BŞTİ-nin rəhbərliyi hər zaman məktəblərə diqqət və qayğı ilə yanaşır, eyni zamanda monitorinqlərin keçirilməsi ( 9 - cu siniflər Ana dili, Riyaziyyat, İngilis dili ) və fənn olimpiadalarında şagirdlərimizin uğur qazanması üçün hazırlıqların təşkil olunmasını xüsusi vurğulamışdır. Hal - hazırda yay məktəbinə I və VIII siniflər arasında 150 şagirdin iştirakını qənaətbəxş hesab etmişdir.

Sonda Şəhidlərimizin ruhu 1 dəqiqəlik anılmış və Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə pedaqoji şuranın iclası yekunlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi