SON ZƏNG TƏDBİRİ

Hər bir tədris ilinin sonunda Azərbaycan Respublikasının Təhsil Nazirinin müvafiq əmrinə əsasən məktəblərdə “ Son zəng ” tədbiri keçirilir.

Məktəbimizdə 5 sinif üzrə 158 şagird təhsilini başa vurdu. Bütün məktəblərdə olduğu kimi bizim məktəbimizdə də “ Son zəng ” tədbirinə müəllimlər və şagirdlər cəlb olunmuşdular.

Müəllim Vüsalə Xəlilovanın təşkilatçılığı ilə məktəbimizdə təntənəli “ Son zəng ” tədbiri hazırlanıb keçirilmişdir. Məzunlar tərəfindən mahnı və rəqs kompozisiyaları hazırlanmışdı. Şagirdlərimizin hazırladıqları ədəbi - bədii kompozisiyalar bütün müəllimlərin, validenlərin, qonaqların xüsusi diqqətini çəkmişdir.

“ Son zəng ” tədbirində bir çox qonaqlar iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlərin hər biri məzunlara gələcək həyatlarında uğurlar arzulamışlar.

“ Son zəng ” tədbirinə yekun vuran məktəbimizin direktoru Rövşən Qasımov məzunlara sərbəst həyatlarında gözəl günlər arzulamışdır. Ali və orta ixtisas məktəblərində təhsil almaq istəyən məzunlara uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi