TƏBİƏT FƏNNİNDƏN TƏCRÜBƏ

Şagirdlər tədris ili ərzində nəzəri biliklər qazanır, ancaq bu nəzəri bilikləri praktiki cəhətdən yerinə yetirdikdə, əyani şəkildə gördükdə bilik tamlığı meydana çıxır. Məktəbimizdə təbiət fənlərinin ümumiləşmiş təcrübə dərsi keçirilmişdir. Təcrübə dərsində məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər. Təcrübə tədbirində coğrafiya müəllimi Afina Quliyevanın rəhbərliyi ilə biologiya bölməsi üzrə ürəyin çalışması, kimya bölməsi üzrə məhlullar və qarışıqlar, fizika bölməsi üzrə işığın sınması,  coğrafiya bölməsi üzrə seysmoqrafın hazırlanması,vulkanın püskürməsi təcrübələri aparılmışdır.  Aparılan təcrübələr tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Şagirdlərin hələ 5 - ci sinifdə tədris olunmayan kimya, biologiya, fizika və coğrafiya dərslərində göstərdiyi bacarıq və  təcrübələr sanki ürəkaçan idi. Məhz gələcəyin alimləri və elm adamları elə bu məktəb illərinin məhz təhsil pillələrini əhatə edən siniflərdən keçir.

Tədbirə yekun vuran məktəbin direktoru Rövşən Qasımov tədbir təşkilatçılarına öz minnətdarlığını bildirmiş, aparılan təcrübə dərslərinin şagirdlərdə bilik və bacarıqların möhkəmlənməsində əsas rol oynadığını qeyd etmişdir. Şagirdlərdə nəzəri və praktik biliklərin həmişə paralel inkişaf etdirilməsinin vacibliyini vurğulamışdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi