HƏRBİ İDMAN BAYRAMI

Məktəblərdə Hərbi və İdman fənlərinin tədrisi həmişə dövlətin və təhsilimizin diqqət mərkəzində olmuşdur. Gənc nəslin formalaşmasında məktəbdə bu işlərin təşkili və düzgün qurulması əsas nəticəyə gətirib çıxarır.

Məktəbimizdə hərbi və idman dərslərinin tədrisinə və tədbirlərin keçirilməsinə ciddi yanaşılır.

10 iyun tarixində məktəbimizdə Hərbi İdman Bayramı keçirilmişdir.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, validynlər və şagirdlər iştirak etmişlər. Hərbi İdman Bayramında qonaqlar da iştirak etmişlər:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Mürsəl Qurbanov Xəzər rayonu Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Valeh Aslanov və qazilər iştirak edirdilər.

 Məktəbin “ Şahinlər ” hərbi idman komandası Hərbi rəhbər Vüsal Talıbovun rəhbərliyi ilə  təntənəli marş, mahnı və şüarlar səsləndirməklə tiribuna önündən keçidi, yanğının söndürülməsi, yaralının zəhərli sahədən çıxarılması, yaralıya ilk tibbi yardımın göstərilməsi, avtomat daraqların doldurulub-boşaldılması kimi elementləri qüsursuz yerinə yetirilmişdir.

İdman sahəsində şagirdlərimiz fiziki tərbiyə müəllimləri Namik Abdurrahmanov, Adil Verdiyev və Aslan Nəsiblinin rəhbərliyi ilə basketbol topunun çiləyərək aparılması, müxtəlif maneələri dəf etməklə qaçışlar, boks, karate, cüdo idman növləri ürzə şagirdlər öz bacarıqlarını nümayiş etdirirlər.

Tədbir hamının diqqətini çəkdi, rəğbətlə qarşılandı. Tədbirin sonunda qonaqlar və məktəbin direktoru Rövşən Qasımov belə bir tədbirlərin məktəbdə keçirilməsinin şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasında çox böyük əhəmiyyəti olduğunu bildirdi, eyni zamanda tədbirdə zəhməti olan hər kəsə öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi