1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFIƏSI GÜNÜ

 

1950 - ci il iyunun 1 - i BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb.

1998 - ci il 19 may tarixində “ Uşaq hüquqları haqqında ” qanun qəbul edilib.

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən ölkəmizdə “ Uşaq ili ” elan olunub. Ölkəmizdə uşaqlara diqqət və qayğı həmişə öncül məsələlərdən olmuşdur . Ümummilli lider Heydər Əliyev “ Uşaqlar bizim gələcəyimizdir ” deyərək uşaqlara olan sevgisini və münasibətini bildirmişdir. Bu gün Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyeva həmişə uşaqların yanında olur, uşaqlar və onların ailələrinə diqqət və qayğı ilə yanaşır.

1 iyun tarixində məktəbimizdə 2A sinfinin rəhbəri Adilə İdrisova öz şagirdləri ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirmişdir. Tədbirdə şagirdlərin bədii hazırlıqları və bədii kompozisiyaları nümayiş etdirilmişdir.

Tədbirdə məktəb rəhbərliyi, valideynlər, müəllimlər, şagirdlər iştirak etmişdilər. Bununla yanaşı 1A və 2Ə Sağlam Təhsil sinifləri Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “ Biz Günəşin zərrəsiyik ” adlı rəsm müsabiqəsi keçirmişlər.

Tədbirə yekun vuran məktəbin direktoru Rövşən Qasımov hər bir uşağın həmişə diqqət və qayğıya ehtiyacı olduğunu bildirmiş, ölkəmizin uşaqlara qayğı sahəsində dünyaya bir nümunə olduğunu söyləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi