TEXNOLOGİYADAN TƏCRÜBƏ DƏRSİ

Məktəbimizdə şagirdlərimizin bacarıq və vərdişlərinin meydana çıxarılması diqqət mərkəzindədir. Müəllimlər və şagirdlər üçün ayrıca fənn kabinetləri yaradılmışdır. Şagirdlərin yaradıcılıqlarını ortaya çıxarmaq üçün hər cür şərait yaradılmışdır.

Texnologiyadan təcrübə dərsini müəllimlər Məmmədova Sima, Gülmalıyeva İlahə və Yusifova Mehriban hazırlamışlar.Təcrübə dərsində həm müəllimlərin, həm də şagirdlərin əl işləri nümayiş etdirildi. Azərbaycanın milli mətbəxi, onun xüsusiyyətləri şagirdlər tərəfindən əyani şəkildə nümayiş olunaraq tədbir iştirakçılarına təqdim olundu. Təcrübə dərsində şirniyyatların hazırlanması, çay süfrəsinin təşkili, salatların hazırlanma qaydaları və təqdim olunması, xəmir xörəklərin bişirilmə mexanizmi canlı şəkildə tədbirdə müəllim, valideyn və şagirdlər tərəfindən maraqla qarşılandı. Dekorativ tətbiqi sənət, modalar, elektrik avadanlıqlarının sadə təmir qaydaları şagirdlər tərəfindən icra olundu.

Tədbirə yekun vuran məktəbin direktoru Rövşən Qasımov texnoloji bacarıqların və mətbəx mədəniyyətinin hamı üçün vacib olduğunu bildirdi. Şagirdlərin əl işlərinə yüksək qiymət verərək müəllimlərə, şagirdlərə öz minnətdarlığını və dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi