MƏKTƏBİMİZDƏ ADA – nın “ BİR GƏLƏCƏK “ LAYİHƏSİ

26 may 2022 - ci il tarixində məktəbimizdə Ali Diplomatiya Akademiyasının “ Bir gələcək “  layihəsi keçirilmişdir. Layihəni  BDU - nin hüquq ixtisaslı mütəxəssisi Nərmin Hüseynzadə və  ADA - nın  Beynəlxalq münasibətlər ( bakalavr ),   ADA-nın Təhsilin idarə edilməsi ( magistratura ) təhsil pilləsini bitirmiş Süleyman Süleymanov aparmışlar. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və 60 nəfər 8 – 10 - cu sinif şagirdləri iştirak etmişlər. Layihə çərçivəsində şagirdlərin arzuları, məqsədə çatmaq uğrunda mübarizə, hədəfə doğru istiqamət, planlı iş sualları üzərində şagirdlərlə geniş diskusiyya aparıldı. Layihədə şagirdlər fəallıq etdilər.

Yekunda məktəbin direktoru Rövşən Qasımov ADA - nın və BDU - nin tələbələrinə apardıqları bu layihəyə görə öz minnətdarlığını bildirdi. Şagirdlərə isə seminar layihəsində əldə etdikləri bilik və bacarlıqlardan səmərəli istifadə etmələrini tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi