Konstitusiya günü

Bakı şəhəri Xəzər rayonu 322 nömrəli tam orta məktəbdə 11 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının fəsilləri və bölmələri haqqında geniş məlumat verilmişdir. Məktəbin 10-cu sinif şagirdləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Konstitusiya Gününə həsr olunmuş "Hüquqi dövlətin əsasları" mövzusunda keçirdiyi hüquq olimpiadasında iştirak etmişlər. Məktəbin 10-cu sinif şagirdi Adnalı Aynur Kəmaləddin qızı diplomla mükafatlandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi