TARİX YAZAN ŞƏXSİYYƏT

Hər bir xalqın tarixində silinməz izlər buraxan şəxsiyyətlər olur. Heydər Əliyev Türk dünyası tarixinə qızıl hərflərlə yazılan dahilərdəndir. Azərbaycan Respublikasının dövlət müstəqilliyini əbədiləşdirməyə nail olan ümummilli lider hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycanda istər birinci dövr hakimiyyətdə olduğu zaman, istərsə də müstəqilliyimizin təhlükədə olduğu bir dövrdə ölkəmizin elə bir sahəsi olmadı ki, orada inkişafa, quruculuğa, sabitliyə nail olmasın. Azərbaycanın müstəqilliyinin əbədi olması üçün apardığı uzaqgörən siyasəti öz nəticəsini verdi.

Məktəbimizdə 10 may tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının  99 - cu ildönümünə həsr olunmuş ədəbi - bədii gecə keçirilmişdir. Tədbir məktəbin tarix müəllimi Sevinc Tağıyevanın təşkilatçılığı ilə hazırlanmış bədii və rəsmi hissədən ibarət olmuşdur. Şagirdlər tərəfindən hazırlanan ədəbi - bədii kompozisiyalar,slaydlar hamının diqqətini cəlb etmişdir.

Tədbirdə məktəb rəhbərliyi, Xəzər Rayonu Qazilər və Şəhid ailələrinə Qayğı İctimai Birliyinin sədr və müavinləri, Şəhid anası Lalə İsmayılova, qazilər, müəllimlər, şagirdlər, valideynlər iştirak etmişlər.

Tədbirin rəsmi hissəsində çıxış edən məktəbin direktoru Rövşən Qasımov Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli və uğurlu həyat yolunu, gördüyü işləri bir - bir iştirakçıların nəzərinə çatdırdı. Şəhid anası Lalə İsmayılova və digər qonaqlar tədbirdə çıxış etdilər. Bir qrup müəllim və şagirdlər fəaliyyətlərinə görə məktəbin direktoru tərəfindən " Fəxri fərman " ilə təltif olundular. Hər kəs tədbirdən xoş təəssüratla ayrıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi