TALASSEMİYASIZ HƏYAT NAMİNƏ

Talassemiya valideynlərdən genetik olaraq keçən, qanda hemoqlobin adlı maddənin yaranmasına təsir edən genetik bir xəstəlikdir.

Bu gün ölkəmizdə yüzlərlə insan talassemiyadan əziyyət çəkir. Bu və ya digər xəstəliklərə düçar olmuş insanlar dövlətimizin xüsusən Azərbaycan Respublikasının birinci vitse - prezidenti Mehriban xanımın diqqət mərkəzindədir.

8 may tarixində məktəbimizdə müəllim Cəmalə Nəcəfovanın təşkilatçılığı ilə " Talassemiyasız həyat naminə " adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, məktəbin direktoru Rövşən Qasımov tərəfindən açıq elan edilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, qazilər, valideynlər, işçilər, şagirdlər iştirak etmişlər. Tədbir zamanı geniş konsert proqramı təşkil olunmuş,məktəbin  " Şahinlər " hərbi idman komandası hərbi keçid etmişlər. Müəllimlər, valideynlər, şagirdlər təşkil olunan açıq yarmarkada fəal iştirak edərək, topladıqları ianə yardımını talassemiya xəstələrinə ayırmışlar. Tədbirin sonunda məktəbin direktoru Rövşən Qasımov keçirilən tədbirin xüsusi əhəmiyyətini qeyd etmiş, iştirak edən və əməyi keçən hər kəsə öz minnətdarlığını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi