IX SİNİF ŞAGİRDLƏRİ İLƏ PEŞƏ TƏLİMİ MÖVZUSUNDA SEMİNAR

 Məktəbimizin IX sinif şagirdləri ilə peşə təlimi mövzusunda görüş keçirilmişdir. Eyni zamanda təmayül siniflərində ixtisas fənləri üzrə təmayülləşmənin aparılması ilə bağlı şagirdlər məlumatlandırılmışdır. Bir qrup müəllim və şagirdlərin peşə məktəblərinə ekskursiyaları təşkil olunmuş, sonra isə həmin peşə məktəblərində olan ixtisaslar barədə şagirdlərə məlumat verilmişdir. Görüşdə müəllimlər, şagirdlər çıxış etmiş, peşə məktəblərindən hazırlanan slaydlar göstərilmiş, şəkillər nümayiş etdirilmişdir.

 Görüşdə çıxış edən məktəbin direktoru Rövşən Qasımov müasir dövrdə müxtəlif peşələrə yiyələnməyin səmərəliliyini və eyni zamanda ixtisas fənləri üzrə təmayülləşmənin əhəmiyyəti haqqında şagirdlərə dolğun məlumatlar vermişdir. Şagirdlərin maraqlandıqları sualları cavablandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi