FİZİKA KAİNATIN QANUNUDUR

Fizika təbiəti öyrənən elmlərin ən əsasıdır. O bizi əhatə edən aləmin quruluşunu, xüsusiyyətlərini, xassələrini və orada baş verən hadisələrin ümumi qanunlarından irəli gələn tələblərini öyrənən elmdir.

28 aprel 2022 - ci il tarixində məktəbimizdə " Fizika gecəsi " keçirilmişdir. Tədbir məktəbimizin fizika fənn müəllimləri Qəfərova Nigar və Gərayeva Ülviyyə tərəfindən təşkil olunmuşdur. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etmişlər. Olduqca maraqlı və təcrübələrlə zəngin olan tədbir hər kəsin marağına səbəb olmuşdur. Bir çox mövzularla bağlı təcrübələr nümayiş etdirilmişdir. " Yumurtanı butulkaya itələyən qüvvə nədir? ", " Yerin maqnit qütblərinin təyin edilməsi ", " Arximed qüvvəsinin ölçülməsi ", " Hidravlik preslə cisimlərin preslənməsinin nümayiş etdirilməsi ", " Elektrik dövrəsinin yığılması: ardıcıl, paralel birləşmə dövrənin gərginliyinin təyin edilməsi ", " Göy qurşağının yaranması ", " Alternativ enerji mənbəyi olan Günəş paneli vasitəsilə lampanın yanması və telefonun enerji yığması ", " Atmosfer təzyiqinin varlığına aid təcrübələr ", " Cismin tarazlıq şəraitinin yoxlanması ", " Mexanikanın qızıl qaydasına aid təcrübələr: tərpənən və tərpənməz blok, mail müstəvinin qüvvədə neçə dəfə qazanc verdiyini yoxlamaq ", " Elektrik zənginin nümayişi " və s. bu kimi keçirilən təcrübələr hər kəs tərəfindən maraqla qarşılanmışdır. Tədbir iştirakçıları olan şagirdlər həm də təcrübələr üçün özəl olaraq əl işləri də hazırlamışdılar. Müxtəlif maşınlar, elektrik mişarı, sərinkeş,  paltaryuyan maşın, helekopter, pilotsuz uçuş aparatı dronun təqdimatı və s. xüsusi olaraq maraqla qarşılandı.

    Tədbirin sonunda müəllimlər və şagirdlər öz müsbət fikirlərini bildirdilər.  Fizika gecəsinə yekun vuran məktəbin direktoru Rövşən Qasımov müəllimlərə və şagirdlərə öz minnətdarlığını bildirdi. Şagirdlərin xüsusi fəallıq göstərdiyini vurğuladı. Fizika fənninin elmin inkişafında və xüsusilə də müdafiə işində silahların hazırlanmasında, mühəndis sahəsində görülən işlərdə vacibliyini vurğuladı. Bu fənnin şagirdlər tərəfindən həvəslə öyrənilməsini tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi