ƏMƏYİN BƏHRƏSİ

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının dünya ölkələrinin heyran etdiyi qəhrəmanlıq nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin illər ərzində apardığı düşünülmüş iqtisadi, hərbi və siyasi addımlarının bariz nümunəsi bu müharibədə zəfərlə başa çatdı. Müharibə təəssüflər olsun ki, itkisiz ötüşmür. Məktəbimizin kollektivi, başda məktəbin direktoru I Qarabağ Müharibəsi veteranı və II Vətən Müharibəsinin fəal iştirakçısı Rövşən Qasımovun rəhbərliyi ilə hər zaman şəhid ailələrinin yad edilməsi tədris ili ərzində diqqət mərkəzində olmuşdur.

Məktəbimizin şəhidləri Vüsal İsmayılzadənin və Əmrah Əkbərovun xatirəsini əbədiləşdirmək üçün xüsusi guşə yaradılmışdır. Hər iki Şəhidin doğum günləri geniş şəkildə qeyd olunmuşdur.

Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Sabunçu rayon sədri Vidadi Şabanov, Respublika Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin  sədr müavinləri Əvəz Əsgərov, Məzahir Orucov və Altay Namazov məktəb kollektivi ilə görüş keçirmişdir.

Görülən işlərə görə Qarabağ Əlilləri Qayğı İctimai Birliyi məktəbin direktoru Rövşən Qasımovu fəxri fərmanlarla təltif etmiş və bütün pedaqoji kollektivə təşəkkürünü bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi